İran

Hamid Qaraoğlanının 14 illik həbs cəzası təsdiqlənib

İranın Ali Məhkəməsi Tehranın Şəhid Beheşti Danişqahının öyrəncisi Hamid Qaraoğlaninin 14 il 1 aylıq həbs cəzasını qüvvədə saxlayıb. Belə ki, siyasi məhbus ötən ilin desambrında Urmu İnqilab Məhkəməsinin iki hakimi tərəfindən 14 il 1 ay həbs cəzasına, üçüncü hakim tərəfindən isə edam cəzasına məhkum edilib. Beləliklə, İslam Cəza Qanununun 134-cü maddəsinə görə, Həmid Qaraoğlani barəsində çıxarılan birinci qərar təsdiqlənib.
Qeyd edək ki, siyasi məhbusa qarşı “ali dini lideri təhqir etmək”, “sistemə qarşı təbliğat aparmaq” və “İslam Cümhuriyyəti sisteminə qarşı silahlı üsyançı qrupa üzv olmaq” ittihamları irəli sürülüb.
“Amnesty International” Hamid Qaraoğlaninin hazırda mühacirətdə olan iki qohumunun “Xalq Mücahidləri Təşkilatı” ilə ilgisi olduğuna görə uzunmüddətli həbs cəzasına məhkum edilməsindən narahatlığını ifadə edib. Təşkilatdan bildirilib ki, siyasi fəalın məhkəməsi ədalətsiz aparılıb və o, vəkillə təmin olunmayıb. Bir neçə gün bundan öncə isə təşkilat bəyanat yayaraq, Hamid Qaraoğlaninin müalicə olunmadığı halda, həyati təhlükə ilə üzləşəcəyini bildirib. Qeyd edək ki, Hamid Qaraoğlani ağır sər mərizliyindən əziyyət çəkir. Həkimlərin ona yazdığı dərmanlar ailəsi tərəfindən zindana çatdırılsa da, zindan məsulları dərmanların siyasi məhbusa verilməsinə mane olur.

Related Articles

Bir cavab yazın

Back to top button