İqtisadiyyatİran

İranda bir əyalətdən digərinə toyuq satışı qadağan edilib

İranda bir əyalətdən başqasına toyuq satışının həyata keçirilməsi, yaxud toyuq məhsullarının daşınması qadağan edilib. Məsələ ilə bağlı Tehran Əyaləti Ətlik Toyuqçular Birliyinin amil müdiri Məhəmməd Əli Kamali Sərvistani məlumat verib. Onun sözlərinə görə, özəlliklə Kerman və Tehrandan donmuş toyuq əti məhsullarının daşınması qanuna ziddir. Qurum rəsmisi bildirib ki, bu proses bazarda alıcılıq qabiliyyətinin azalmasına səbəb olub. Toyuq və toyuq əti məhsullarının başqa bir əyalətə daşınması əyalətlər arasında satış imkanlarında da ciddi fərq yaradır. Başqa bir tərəfdənsə, bu addım bazarda qiymət artımına səbəb olur.
Qeyd edək ki, sözügedən məhsullarla ilgili qadağa daha öncə Rəzəvi Xorasanı və Ərdəbilə şamil olunub.

Related Articles

Bir cavab yazın

Back to top button