İran

Hicab qanunla həll olunacaq məsələ deyil

“Qanun bəlkə də insanların iradə, azadlıq və istəklərini əvəzləyə bilməz, ancaq onu yansıda bilər. İnsanları qanunla Allaha iman gətirməyə, namaz qılmağa və ya oruc tutmağa məcbur etmək olmaz. Çünkü bu işlərin icrasının ictimai düzənlə heç bir ilgisi yoxdur və qanuni məcburiyyət, əks nəticə verə bilər”.Bu sözləri ictimai və siyasi məsələlər üzrə təhlilçi Abbas Əbdi verdiyi müsahibələrinin birində deyib.
“Hökumət və onun əsas vasitəsi olan – güc, əxlaq, kültür düşüncənin yerinə otura bilməz. Bu sahələrin problemlərini həll etmək üçün gücdən çox istifadə isə fayda verməz. Bu, son 40 ildə etdiklərimizdir və hələ də bu gedişatla addımlayırıq. Nəticə isə öncədən bəllidir!” – deyə Abbas Əbdi deyib.

Related Articles

Bir cavab yazın

Back to top button