Dünya

Hindistanda dəhşətli qatar qəzası: 288 ölü, 1000 yaralı

Hindistanın Odişa ştatında iki sərnişin və yük qatarının toqquşması nəticəsində 1000-dən çox insan xəsarət alıb. Bu barədə AFP agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Təxminən 288 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. İndi bizim əsas vəzifəmiz sərnişinləri xilas etmək və yaralılara tibbi yardım göstərməkdir”, – Odişanın baş katibi agentliyə müsahibəsində deyib.

Eyni zamanda “India Today” xəbər verir ki, ölənlərin sayı 288 nəfərə çatıb.

Azvision xəbər verir ki, bundan əvvəl “Press Trust of India” agentliyi azı 1000 nəfərin xəsarət aldığını bildirib.

Cümə günü yerli vaxtla saat 19.20 radələrində Hindistanın Balasore şəhəri yaxınlığında qatarların toqquşması baş verib.

Dəmir yolu orqanlarının yenilənmiş məlumatlarına görə, Kəlkütədən Çennaya gedən sərnişin qatarının 10-12 vaqonu yük qatarı ilə toqquşma nəticəsində relsdən çıxıb və əks yola düşüb.

Bir müddətdən sonra daha bir sərnişin qatarı onlara çırpılıb, nəticədə insanların olduğu daha 3-4 vaqon relsdən çıxıb.

Related Articles

Bir cavab yazın

Back to top button