Dünya

Hindistanlı iş adamlar İrana ixracatı dayandırıblar

Hindistanlı iş adamları İrana sadiratı dayandırıblar. Məsələ ilə bağlı “Reuters” ajansı xəbər yayıb. Hindistanlı iş adamlarının iranlı mütərilərlə düyü, şəkər və çay kimi malların satılması üçün yeni anlaşmalar imzalamağı dayandırdıqları bildirilib. Buna səbəb kimi isə İranın rupi zəxirələrinin azalması göstərilib. Bildirilib ki, ödəmələr aylarla gecikdirildiyindən sadiratçılar bu ölkə ilə ticarət ilgilərini məhdudlaşdırıb. Bundan başqa, İranın Hindistanın “UCO” və “IDBI” banklarındakı rupi ehtiyatlarının azaldığı və sadiratçıların yeni yüklərin alınmasına əmin olmadıqları açıqlanıb.
Bildirək ki, İran daha öncələr Hindistana nəft satışı qarşılığında bu ölkədən əsas malları, o cümlədən əkinçilik və yemək məhsullarını varid edib. Ancaq Amerikanın təhrimlərindən muafiyət müddəti bitdikdən sonra, Hindistan 2019-cu ilin meyinda İrandan nəft alışını dayandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button