Azərbaycanİran

“Hökumətə qarşı təbliğat”da suçlanan təbrizli tələbələr sürgün edildi

Təbriz Tibb Elmləri Universitetinin 8 tələbəsi təhsil almaqdan məhrum olunaraq başqa şəhərlərə sürgün cəzasına məhkum edildilər. Bu barədə Universitetin İnzibat Komissiyası qərar verib.

Tələbələrin qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmələrinə etiraz etdiklərinə görə 1 ildən 2 ilədək təhsillərinin davam etdirilməsinə qadağa qoyulub, Əhvaz, Simnan, Kaşan, Urmiya və Ərdəbil şəhərlərinə sürgün edilmələri barədə hökm çıxarılıb.

Bir neçə gün əvvəl Təbrizin Tibb Elmləri Universitetinin İnzibat Komissiyasının verdiyi qərara görə, 9 tələbə iki semestrdə təhsildən kənarlaşdırılıb.

Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 tələbəsinə mesaj göndərilib və onların İntizam Komissiyasına getmələri tələb edilib və tələbələr təhslllərinin dayandırılacağı ilə hədələniblər.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.

Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button