Dünyaİran

Hollandiya ölkə vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq edib

Hollandiya hökuməti bu ölkə vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. Bu, İranda xalq etirazları fonunda bir italyan qadının və bir neçə başqa xarici vətəndaşın həbsi ilə bağlı xəbərin dərcindən sonraya təsadüf edir.

Qeyd edək ki, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) sentyabrın 30-da Fransa, İtaliya, Almaniya, Hollandiya və Polşa vətəndaşları olan 9 xarici ölkə vətəndaşının İranda etiraz aksiyalarını “təşkil etmək və təlimatlandırmaq” ittihamı ilə həbs edildiyini açıqlayıb.

Hollandiyanın “ANP” xəbər agentliyi xarici işlər nazirinə istinadən xəbər verib ki, Hollandiya hökuməti bütün vətəndaşlarını İranı tərk etməyə çağırıb və həmçinin hollandlara İrana səfər etməkdən çəkinməyi tövsiyə edib.

İnsan haqları təşkilatlarının verdiyi xəbərə görə, Tehranın Evin zindanının 8-ci bölməsində Ses Lenon Borx adlı Hollandiya vətəndaşı saxlanılır.

Hollandiya vətəndaşının İran məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilmiş Polşa Universitetinin professoru Maçiyay Valsakla eyni bölmədə saxlanıldığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button