İran

Hormuzqanda spirtli içkidən zəhərlənmə faktı qeydə alınıb

Hormozqan əyalətində məsmumedici içkidən ölənlərin sayı 5 nəfərə çatıb. 1 nəfər isə görmə qabiliyyətini itirib. Məsələ ilə bağlı Hormozqan Əyaləti Tibb Elmləri Danişqahının Ümumi İlgilər Şöbəsinin müdiri Fatimə Noruzian açıqlama verib. O, bildirib ki, dey ayının 13-də Qişm və Bəndər Abbasda bir sıra sakinlər saxta alkollu içkidən məsmum olublar. Bu kimi səbəblərlə mərizxanaya müraciət edənlərin sayı 28-ə çatıb. Hazırda 1 nəfər Qişm adasının Pəyambər Əzəm Mərizxanasının Özəl Qayğılar Bölməsinə, başqa bir nəfər isə Bəndər Abbasın Məhəmmədi Mərizxanasına yerləşdirilib. Mərizxanada müalicə alan şəxslərdən 19-u evə buraxılıb. Müraciət edənlər 17-54 yaş aralığında olub.

Related Articles

Bir cavab yazın

Back to top button