Dünya

Hulusi Akar: “Sonadək Azərbaycanlı qardaşlarımızın yanındayıq”

“Terror qruplaşmaları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məyusluğa uğrayınca əvvəlcə qarayaxma kəmpeyni aparsa da, hamısının yalan olduğu çox qısa zamanda məlum oldu”. Bunu Türkiyənin milli difa vəziri Hulusi Akar bildirib. “Sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olacağıq. Ermənistan indi də barbarcasına və terror əməlləri ilə günahsız yerli sakinlərin yaşadığı bölgələri hədəf alır. Bu, nizami cinayətdir. Uşaq, qadın, yaşlı demədən günahsız yerli şəxsləri açıq-aşkar hədəf alan Ermənistan hakimiyyəti başda öz xalqı olmaqla insanlıq vicdanında mütləq yaxın zamanda mühakimə olunacağını hamının bilməsi lazımdır. Buna heç kim şübhə etməsin. Ermənistanın insanlığa qarşı daha artıq günah işlətməməsi üçün işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror qrupları ilə əməkdaşlığa son qoymalı, bölgəyə gətirdiyi muzdlu nizamiləri, terrorçuları qısa bir müddətə bölgədən çıxarmalıdır. Bundan başqa, 30 il boyu işğalı sükutla izləyənlər Ermənistanın bu sifətini də görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə verilməsi üçün fəaliyyət göstərməlidirlər”, -deyə vəzir vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button