AzərbaycanSiyasət

Azərbaycan OECD-nin İnkişafa Yardım Komitəsində iştirakçı statusu əldə etdi

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində (DAC) iştirakçı (participant) statusu əldə etmişdir.

Aznews.tv Azərbaycan XİN-nə istinadən xəbər verir ki, ölkəmiz OECD/DAC ilə 2015-ci ildən etibarən əməkdaşlıq edir və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən aparılan iş nəticəsində Azərbaycan bu mötəbər qurumda artıq iştirakçı olaraq təmsil olunur.

OECD/DAC inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış ən nüfuzlu beynəlxalq qurumdur.

Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir.

Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir.

Hal-hazırda Azərbaycanla yanaşı, təşkilatın iclaslarında cəmi 6 ölkə iştirakçı statusunda təmsil olunur (Bolqarıstan, Küveyt, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri).

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button