İran

Hüquq müdafiəçiləri İran bəhailəri ilə bağlı bəyanat yayıblar

150 hüquq-müdafiə təşkilatı, tanınmış ictimai-siyasi xadimlər İranda bəhailərə edilən təzyiq və həbslərlə bağlı bəyanat yayıblar.

Onlara qarşı yeni həbs dalğasının başladılması və ibtidai insan haqlarının pozulması pislənib:

“Son 150 ildə İranda bəhailərə qarşı bütün sahələrdə tətbiq edilən sistematik təzyiqlər islam inqilabından sonra daha da şiddətlənib, onlara qarşı qeyri-insani davranışlar daha da artıb”, – deyə bəyanatda qeyd edilib.

Hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, İslamın bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Bəhailərin iş yerləri qapadılır, onlar ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər. Qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır.

Related Articles

Bir cavab yazın

Back to top button