Azərbaycanİran

Hüseyn Pirmüəzzin: “Qarabağın yenidən qurulmasında iştiraka hazırıq”

“İran-Azərbaycan Birgə İqtisadi Komisyonunun toplantısında xüsusi bəxşin öz fikirlərini bildirmək fürsəti yox idi. Bu o deməkdir ki, dövlətlər hələlik öz siyasi məsələləri ilə məşğuldur və özəl bəxşə diqqət yetirmirlər”. Bu fikirləri Ərdəbilin Ticarət, Sənaye, Mədən və Əkinçilik Otağının rəisi Hüseyn Pirmüəzzin səsləndirib. Məsələ ilə bağlı İran və Azərbaycan arasında ticarət imkanları barədə keçirilən toplantıda bilgi verilib. Pirmüəzzin Qarabağın dağıntılara məruz qaldığını və burada İranın fənni, mühəndislik imkanlarından istifadə edilə biləcəyini vurğulayıb. O, Azərbaycan Prezidenti yanında Dağlıq Qarabağın Yenidən Qurulması Qərargahının yaradılmasına diqqət çəkib. Qərargah tərəfindən müxtəlif ölkələrin bu işdə payının bəlli edildiyi qeyd olunub. “Ağıllı şəhəri Japonla, hava limanı və neft məsələlərini isə Avropa ölkələri ilə razılaşdırıblar. Ancaq İran kimi ölkələrlə hələ ki, yekun bir razılaşma əldə edilməyib. İran-Azərbaycan Birgə Otağı olaraq əldə olunan razılaşmaların həyata keçirilməsinə çalışırıq. Bunun üçün ölkəmizin bütün potensialından Azərbaycana fənni və mühəndislik xidmətləri sadir etmək üçün istifadə edəcəyik”, – deyə Hüseyn Pirmüəzzin qeyd edib.
Bildirək ki, Qarabağ savaşı dönəmində işğalçı Ermənistanın yanında yer alan İran Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra mövqeyini dəyişib. Hazırda İran rəsmiləri Qarabağda icra ediləcək projələrdə yer almaq üçün cidd şəkildə çalışırlar.

Related Articles

Bir cavab yazın

Back to top button