İranda gizlənərək molla rejiminə sığınan və Azərbaycana qarşı təxribat fəaliyyətləri aparan “Hüseyniyyun” terror təşkilatının üzvlərinin iştirakı ilə dünən Urmiya şəhərində SEPAH və “Bəsic” qüvvələrinin təşkilatçılığı ilə Azərbaycan əleyhinə konfrans keçirilib.
“Azadlıq Öncülləri” adı altında keçirilən konfrasda “İngiltərə və İsrailin Qafqazdakı nüfuzu” mövzusunda terror təşkilatının radikal mövqeli qondarma lideri Tohid İbrahimbəyli də çıxış edib. Universitet öyrəncilərinin də məcburi cəlb olunduğu konfransın əsas mövzusu İranın Qafqazla bağlı mövqeyinin təbliğatı olub.