Araşdırma & Təhlilİran

İran di̇plomati̇yasının si̇yasi̇ strategi̇yası

İran İslam Cümhuriyyəti yarandığı gündən etibarən dövlətin fəaliyyət qabiliyyətsizliyini sübuta yetirənlərə, müxalif sözə və yanaşmalara qarşı radikal münasibət bəslənib. Hakimiyyətin bu tip fəaliyyət stratejisini təkcə ölkə içində deyil, xaricində də hiss etmək olar. Özəlliklə siyasi müxaliflərin üstünlük təşkil etdiyi ölkələrdə Tehran rejiminin izlərinə, terror aktları və təhdidlərinə rastlamaq mümkündür. Misal üçün: bir müddət öncə İranın keçmiş diplomatı Avropada terror əməliyyatında təqsirləndirildiyi üçün 20 il həbs cəzasına məhkum edilib. Habelə Sueddə başqa bir iranlı siyasətçinin terrorizm aktında iştirakı təsdiqlənib.

Bütün bunlara rəğmən, Tehran hakimiyyəti siyasi ideolojisini həyata keçirmək üçün hələ də mənfi addımlar atmaqdan çəkinmir. Özəlliklə İraq və Türkiyədə onlarla müxalifətçini qətlə yetirməsi, qaçırması və ya təhdid etməsi hökumətin fəaliyyət stratejisinin bariz nümunələridir.

Xatırladaq ki, “Aməd News” kanalının müdiri, jurnalist Ruhullah Zəm bir müddət Fransada yaşayıb. Jurnalist İran rejiminə qarşı ifşaedici məlumatlar yaydığına görə 2019-cu il 14 oktobrında “Sepah” terror təşkilatı tərəfindən İraqda həbs edilərək İrana gətirilib. Məsələyə beynəlmiləl insan haqları təşkilatlarıdan da təpki verilib. Belə ki, onlar son bir ildə televiziyada “zorla etiraflarının” yayımlanmasına kəskin etiraz edərək, zindanda Ruhullah Zəmə işgəncə verilməsi ehtimalından narahatlıqlarını ifadə ediblər. Bir meddət sonra İran hakimiyyəti jurnalistə edam hökmü çıxarıb. Sınırsız jurnalistlər Təşkilatı Ruhullah Zəmin edam hökmünü “qəbuledilməz” və mühakimə olunmasını “ədalətsiz” adlandırıb. Buna baxmayaraq, Tehran Dövlət və İnqilab dadsitanlığın məlumatına görə, jurnalist 12 desambr 2020-ci ildə edam edilir. Bu olay İranda fikir və söz azadlığının mövcud durumunu, jurnalistlərə qarşı edilən basqıların ümumi mənzərəsini özündə əks etdirir.

Qeyd edək ki, son günlərin mövzusu və bir sıra mübahisələrə səbəb olan məsələ Türkiyədə Məsud Moləvinin öldürülməsi ilə bağlıdır. Türkiyə Milli Kəşfiyyat Təşkilatının məlumatına əsasən, “Qara qutu” kanalının müdiri Məsud Moləvi novambrın 24-də Türkiyənin Şişli məntəqəsində naməlum şəxs tərəfində qətlə yetirilib. 11 güllə yarası alan jurnalist dərhal mərizxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Bəzi mətbu orqanları Məsud Moləvinin keçmişdə İranın İttilaat və Əmniyyət Vəzirliyinin işçilərindən olduğunu iddia edir. Bununla da onun sonralar rejimin qatı müxaliflərindən birinə çevrildiyi açıqlanıb. İranın İstanbuldakı Konsulluğunun bir diplomatının isə Məsud Moləviyə qarşı sui-qəsddə iştiraka görə tutuqlandığı bəyan edilib. Türkiyə polisi hətta iralı diplomat Məhəmməd Riza Nasirzadənin tutuqlandığı anların görüntülərini yayınlayıb. Beləliklə, həmin məsələ fars mediasının gündəminə çevrilib. Bununla belə, məsələ ilə ilgili başqa bir olayın da baş verməsi bir daha İranda müxalif rejimə qarşı münasibəti açıq şəkildə göstərir. Xəbər verdiyimiz kimi, Türkiyənin dövlət kanalı olan TRT-nin ekibi İstanbulda İran Konsulluğu qarşısında çəkiliş edib. Bu zaman jurnalist konsulluq əməkdaşlarından birinə Məsud Moləvinin qətlində şübhəli bilinən iranlı diplomatla bağlı sual ünvanlayıb. Konsulluq işçisi isə əsəbləşərək jurnalistə hücum edib. Məsələ ilə bağlı TRT Word qəzetəcisi Oba Şahbəndər özü tuiter səhifəsində paylaşım edib.

Bundan başqa, ərəb müxalif Həbib Çəəb də Tehran hakimiyyətinin çalışmaları ilə İstanbula qaçırılıb.

Bütün hallarda baş verənlər bir ölkənin terror aktını başqa bir ölkədə həyata keçirməsinə əsas vermir. Sadalananların hər biri İranın “İslam Cümhuriyyəti” adı altında başqa ölkələrdə həyata keçirdiyi terror aktlarına əsaslanır. Bu halın başqa ölkələrdə də davamlı olaraq baş verməsi İranın terror siyasətini irəli sürdüyünü deməyə əsas verir.

Related Articles

Bir cavab yazın

Back to top button