Dünya

Rusi̇yada terrorçuları mali̇yyələşdi̇rən şəxslər saxlanılıb

Rusiyanın Federal Əmniyyət Xidmətinin Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin əməkdaşları Rusiya və qonşu ölkələrdən birinin vətəndaşını həbs edib. Onlar Rusiyada qadağan olunmuş “Katiba Tövhid vəl-Cihad” terror təşkilatının maliyyələşdirilməsinə dair cinayət işi çərçivəsində saxlanılıb. Bu barədə Rusiyanın Federal Əmniyyət Xidmətinin Novosibirsk vilayəti üzrə İdarəsindən bildirilib. “Əməliyyat-axtarış tədbirləri nəticəsində “Katiba Tövhid vəl-Cihad” beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi ilə bağlı qanunsuz fəaliyyətlərin qarşısı alınıb”, – deyə məlumatda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button