İran

İran həbsxanalarına baxış keçi̇ri̇lməsi̇ üçün şərtlər açıqlanıb

“İran ölkədəki zindanların qapılarını insan haqları fəallarının və raporçuların üzünə açmağa hazırdır. Ancaq bu şərtlə ki, biz də onların ölkələrindəki zindanlara baş çəkə bilək”.

Bu sözləri İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi bildirib. Qurum rəsmisi deyib ki, məhz bu halda hansı ölkədə insan haqlarına ədalətlə yanaşıldığını bəlli etmək mümkün olacaq. İbrahim Rəisi, eləcə də Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə özəl raporçusu Cavid Rəhmanın son raporunda qadınlara qoyulan məhdudiyyətlərə də toxunub. O bildirib ki, Cavid Rəhmanın raporunun mətni 25-29 mars tarixlərində keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 46-cı toplantısında təqdim olunacaq.

Qeyd edək ki, sözügedən sənəddə zindanlarda sağlıq və tibbi imkanların olmamasına da diqqət çəkilib.

Related Articles

Bir cavab yazın

Back to top button