İran

Əlirıza Fərşi barəsində keçirilən məhkəmə iclasının detallarını açıqlayıb

Bu gün Azərbaycanlı milli fəal Əliriza Fərşi ona verilən yeni ittihamlara baxılması üçün onlayn məhkəmə toplantısının detallarını izah edib.
Qeyd edək ki, Əliriza Fərşi 1392-ci ildə Ana Dili Günü münasibətilə Tehranın Baharistan Dadqahı tərəfindən 15 il həbs və 2 il Ələhvazın Bağməlik şəhristanına sürgün cəzasına məhkum edilib. Təcdid-nəzər şöbəsinin uzun sürən qərarından sonra fəalın 15 illik həbs cəzası 2 ilə endirilib. Ancaq onun sürgün edilməsi ilə bağlı qərar qüvvədə qalıb. Xatırladaq ki, Əliriza Fərşi tir ayında əmniyyət qüvvələri tərəfindən iş yerində tutuqlanıb. Hazırda o, Tehranın Fəşafuyə zindanında saxlanılır. Bu gün isə o, məhkəmənin yeni toplantısının ayrıntılarına aydınlıq gətirib. Fəalın səs yazısını təqdim edirik.

Related Articles

Bir cavab yazın

Back to top button