İran

İranda ci̇ddi̇ su böhranı yaşanır

İranda su böhranı riskli həddə çatıb. Belə ki, hər il ölkə üzrə təxminən 96 milyard metr mükəəb su məsrəfi olduğu halda, təcdidpəzir su qaynaqlarının hazırkı həcmi 90 milyard metr mükəəbdir. Bu isə su qıtlığının böhranlı durum aldığını deməyə əsas verir. Məsələ ilə bağlı İranın Böyük Sədlər Milli Komitəsinin başqanı Mustafa Fədai-Fərd məlumat verib. O, su qıtlığının iqlim dəyişikliyi və yağıntı miqdarının azlığı ilə ilgili olmadığını açıqlayıb. Qurum nümayəndəsinin sözlərinə görə, su qaynaqlarının düzgün idarə olunmaması su böhranına gətirib çıxarıb.

Qeyd edək ki, hazırda illik yağıntı miqdarının yüzdə 70-i ölkənin yanlız bəlli bölgələrində qeydə alınır. Həmin ərazilər isə ölkənin yüzdə 25-ni təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button