Araşdırma & Təhlilİran

İranda koronavi̇rus böhranına si̇yasi̇ yanaşma mövcuddur

İran idari və iqtisadi fəsadın ən yüksək səviyyədə olduğu ölkələrdəndir. Şəffaflığın olmaması və hüquq sisteminin bağımsızlığı ölkədəki fəsadın qarşısını almağı mümkünsüz edib. İranda bütün ölkə sərmayəsinin yüzdə 60-dan çoxunun Əli Xa:məneyi ilə onun əmrində olan şirkət, habelə qurumların əlində olması da aydındır. Bu holdinqlər “Sepah” qüvvəsi ətrafında birləşir. Qısacası, ölkənin sərmayəsi də, ədalət sistemi və güc qurumları da bir nöqtədə kəsişir. Bütün bunlar propoqanda şəbəkəsinin göstərişi əsasında formalaşdırılır və idarə edilir. Nəticədə belə demək olar ki, ölkədə baş verən hər yeni olay, rant və fəsadların səbəbləri də ortaqdır. Misal üçün, doların qısa bir zamanda bahalaşması İran tüməninin anidən dəyər itirməsi ilə nəticələndi. Bu durumda dövlət təməl maddələrin qiymət artımını kontrol etmək üçün bəlli tacir və şirkətlərə doları deəyərindən aşağı qiymətə təklif etdi. Bununla da həmin şirkətlər təməl maddələri ucuz qiymətə ölkəyə gətirərək bahalığı kontorol etməyə çalışacaqdı. Ancaq bu etibar təməl malların alışına deyil, lüks məhsulların ölkəyə gətirilməsinə xərcləndi. Doların qara bazarda daha baha qiymətə təklif olunması isə tümənin sürətlə dəyərdən düşməsinə səbəb oldu. Bu durumda zərər çəkən tərəf isə millət idi.
Bildirək ki, İranda koronavirus böhranının sürətlə yayqınlaşması yeni rant məsələlərini gündəmə gətirdi.
İlk başda əlkol və mask mafiyası qanunsuz fəaliyyətə keçdi. Zamanla ölkədə dərman qıtlığının yaşanması əhaliyə bir sıra müşküllər yaratdı. Bundan sonra isə mətbuatda dərman qaçaqmalçılığı ilə ilgili xəbərlər dərc edilməyə başladı. Bəlli olduğu kimi, ötən gün Qərbi Azərbaycandan dəyəri 100 milyon tümən olan koronavirus dərmanlarının qaçaq yolla Quzey İraqa keçirilməsinin qarşısı alınıb. İlk baxışda dövlətin dərman qaçağı ilə mübarizə apardığını söyləmək olar. Ancaq həqiqət budur ki, bu tip xəbərlər propoqanda karakteri daşıyır. Çünki son 2 ildə ölkədə dərman qıtlığının yaşandığı hər kəsə məlumdur. İran rejiminin yeni saxtakarlığı isə Yeni İl Bayramından sonra başlandı. Belə ki, əhali bayram tətillərindən sonra koronavirus amarlarında artım olacağını öncədən düşünmüşdür. Hakimiyyətin yeni addımı gözləntiləri doğrultdu. Hazırda sağlıq durumu baxımından qorxulu bölgə hesab edilən ərazi Güney Azərbaycandır. Ölkədə əhalinin vaksinasiyasının ləngiməsi də narahatlıqları artırır.
Qeyd edək ki, İran hələlik Çin lə Rusiyədən vaksən alışını gerçəkləşdirib. Ancaq alınan vaksənlərin dəqiq dozu barədə məlumat verilməyib. Başqa bir tərəfdənsə, hakimiyyət yerli tolid olan vaksənlərdən istifadə ediləcəyi ilə bağlı fikirlər səsləndirir. Bütün bu nizamsızlıq koronavirus təhlükəsinə qarşı etinasızlıqların yaranmasına səbəb olur. İran hakimiyyətinin başqa bir rəzil addımı isə virusu tez bir zamanda qeydə alan yeni teknolojinin xtirası ilə bağlıdır. Sanki “Sepah” şəbəkəsi koronavirusa yoluxmanı qısa zamanda bəlli etmək üçün özəl teknoloji hazırlayıb. Bütün sadalananlar onu deməyə əsas verir ki, hakimiyyət koronavirus böhranına belə rant məsələsi kimi yanaşır.

Related Articles

Bir cavab yazın

Back to top button