Araşdırma & Təhlilİran

İranda koronavi̇rusla bağlı durum acınacaqlıdır

İki ildir koronavirus dünyada əsas gündəm mövzusuna çevrilib. Zamanında mərizliklə bağlı doğru qərar alan və iqtisadi gücləri olan ölkələr sürətlə vaksinasyona başlayıblar. Artıq dünyada vaksin və koronavirusdan sonrakı dönəm danışılır. Ancaq İranda durum heç də eyni deyil. Virus yayılmağa başlayandan bəri ard-arda alınan yalnış qərarlar insani faciəyə yol açıb. Çox az sayda insan vaksinasyon edilib və məsullar verdikləri sözləri tutmayıblar. Az sayda olan vaksinlərdə də idari fəsad və ayrı-seçkilik diqqət çəkir. Belə ki, bir çox şəhərdə məqamlar ilə cümə imamları yaşlılar, təmizlik işçiləri üçün nəzərdə tutulan vaksinləri öz ailələrinə vurdurublar.

Gündəlik yoluxma ilə ölüm sayı isə heç cür azalmır. Ölkənin hər tərəfində sağlıq ekipi yoxluğu ilə bağlı xəbərlər yayılır. Uzmanların uyarılarına baxmayaraq, bu il də Yeni il bayramında düzgün kontrol olmadı. Nəticədə yoluxma və ölüm amarında kəskin artım qeydə alındı. Ancaq mərizxanalarda yer qalmadığı zaman ölkədə məhdudiyyətlər artırıldı. Güney Azərbaycanın bir çox şəhərlərində bazar ilə dükanlar bağlanıldı. Bu qərarlar şəhərlərdə hərəkət sıxlığını azaltdı. Ancaq sağlıq ilə dərman ehtiyacı olanların sayının azalmasına kömək etmədi. Özəlliklə kiçik iş yerləri ilə əsnafların iqtisadi durumunu olduqca çətinləşdirdi. Aylarla kirayə haqqını və işçilərin aylıqlarını ödəyə bilməyən bir çox iş yeri bağlandı. Dövlət həmişəki kimi əsnafı himayə etmədi. Qadağalar, ağır cəzalar dönəmində gündəlik dolanışığını təmin edə bilməyən millət çarəsiz durumda qalıb. İnsanların canlarının dərdində olduğu zamanda hakimiyyətin istəyi yenə də başqadır. Belə ki, bu durumda belə hakimiyyət ideologiya siyasətindən əl çəkmir. Məlumata görə, sağlıq baxanı Səid Nəməki Əhya və Qədr gecəsi mərasimlərinin keçiriləcəyini bildirib. Əli Xaməneyinin “bu kimi dini mərasimlərdən vaz keçilməməlidir” əmri yenə millətin canı bahasına yerinə gətirilir.
Halbuki, pandemi dönəmində bütün müsəlman ölkələrində cümə namazı məscidlərdə deyil, evdə qılınır. Hətta Ramazan bayramı namazının belə bu il məscidlərdə qılınmayacağı açıqlanıb. İranda isə israrla Məhərrəm ayı ilə Əhya gecəsi mərasimləri yerinə gətirilir. Tehran hakimiyyətinin propaqanda savaşının ən çox istifadə etdiyi dini mərasimlər sağlıq qaydalarına uyğun olmayan şəkildə keçirilir. Bu, radikal ideologiya cinahı tərəfindən gerçəkləşdirilir deyə heç kim etiraz edə bilmir. Heç kim “nə üçün bazar, dükan bağlı olduğu durumda Əhya gecəsi məscidlərdə keçirilməlidir?” sualını səsləndirə bilmir.
Milyonlarla insanın həyatına təkcə Əli Xaməneyi qərar verir.

Related Articles

Bir cavab yazın

Back to top button