Araşdırma & Təhlilİran

İranda si̇yasətçi̇ləri̇n seçki̇qabaği təbli̇ğat-təşvi̇qat kampani̇yasi

On üçüncü cümhurbaşqanlığı seçkilərinə 2 aydan az bir zaman qalıb. Rəsmi olaraq adaylıq üçün müraciətlər hələ başladılmayıb. Ancaq islahatçı və usulgəra cəbhəsindən aday olacaqlarını açıqlayan şəxslər var. Bir sözlə seçkilərə kimin qatılacağı və Nigəhban şurasının kimlərə adaylıq icazəsi verəcəyi bəlli deyil. Buna görə də hələ ki seçkiqabağı durum bir qədər sabitdir. İnsanlar isə hər iki cinahdan ümidini kəsib. İqtisadi müşküllər də bunun əsas səbəblərindəndir. İran hakimiyyəti seçkilərə qatılımı rejimin məşruiyyəti kimi göstərir. İnsanlarda seçkilərə həvəs yaratmaq üçün əllərindən gələni edirlər. Bildirək ki, Həsən Ruhani islahatçıların böyük dəstəyi ilə hakimiyyətə gəlib. Onun 8 il rəhbərlik etdiyi dönəmdə heç bir başarı əldə edə bilməməsi islahatçıların millət arasında nüfuzuna xələl gətirib. Bu siyasi cinah azadlıqlarla ilgili verdiyi heç bir vədəni yerinə yetirməyib. Ancaq hər dəfəsində islahatçılar milləti öz yalan vədələri ilə aldadıblar. Buna görə də başqa seçki stratejisinə keçməli olduqlarını artıq özləri də etiraf edirlər. Artırmalıyıq ki, ötən günlərdə radikal islahatçı Mustafa Taczadə namizədliyini irəli sürəcəyini açıqlayıb. Öncələr illərlə həbsdə qalan Taczadə bir seçki bildirisi yayımlayıb. O, geniş və radikal islahatlar aparacağını bildirib. Habelə dünən gecə saatlarla “Clubhouse”da nə üçün aday olmağ barədə sualları cavablandırıb. O, “Sepah” və Əli Xa:məneyinin gücünü azaldacağını, habelə qanunlara uymağa məcbur edəcəyini iddia edib. Ancaq Taczadə saatlarla davam edən çıxışında fars olmayan millətlərin hüquqları ilə bağlı bir söz belə deməyib. O, insan haqları iddiaları ilə seçki meydanına gəlsə də, İranda pozulan ən təməl hüquqlarla bağlı heç bir fikirə sahib olmadığını göstərdi. Belə ki, İran mədrəsələrində yüzdə 70-i qeyri-fars olan şagirdlərin ana dilində təhsil almasına şərait yaradılmır. Bu uşaqlar ana dilində dərs oxumaqdan məhrum ediliblər. Fars faşizminin hakim mövqeyə sahib olduğu İranda ayrı-seçkilik siyasəti yürüdülür. Milyonlarla insana sırf fars və şiə olmadığı üçün sistematik zülm edilir. Ancaq 4 il cümhurbaşqanlığı iddiasında olan ən islahatçı aday da bu haqda tək kəlmə danışmır. Özəlliklə Təbriz millət vəkili və Məhəmməd Xatəminin keçmiş Sağlıq baxanı Məsud Pezeşkiyanın islahatçıların adayı kimi irəli sürülməsi diqqət cəlb edir. Belə ki, keçmişdə Urmu gölü və ana dili ilə bağlı etirazlarda qısıtlı sözlər deyən Pezeşkiyanın Güney Azərbaycana təsir edəcəyi düşünülür. Hətta Pezeşkiyanın federalizmlə bağlı vədələr verəcəyini də düşünənlər var. Ancaq son 30 ilə baxıldığı zaman bütün adaylar seçki ərəfəsində oxşar sözlər deyirlər. Həsən Ruhani açıq şəkildə Güney Azərbaycanla bağlı vədələrlə meydana gəldi. Türklərdən yuxarı rəy də aldı. Ancaq 8 ildə vədə etdiyi heç bir sözünü tutmadı. Vurğulayaq ki, usulgəralar Ruhaninin başarısızlığından sonra seçkilərdə qalib gəlməyə ümidləndilər. Xa:məneyinin bu cinaha yaxın olması radikalların mövqeyini gücləndirib. Hazırda aday olacaqlarını iddia edənlər populist çıxışlara başlayıblar. Məlumata görə, Xatəmulənbiya sipahının keçmiş rəisi Səid Məhəmməd usulgəraların adaylarından biridir. Bu ara bildirməliyik ki, İranın anayasasına istinadən, Molla lar la nizamilərin siyasətə qatılma haqları yoxdur. Ancaq bu günə dək qanundan dəm vuranlar elə başda özləri qanun pozanlardan dı lar. Pa:sdar Səid Məhəmmədin başqalarına nəzərən qalib gəlmək şansı azdır. Ancaq Güney Azərbaycan potensialını bildiyi üçün indidən propaqandaya başlayıb. Bu günə qədər Güney Azərbaycan haqları ilə bağlı heç bir addım atmayan Səid Məhəmməd öz nüfuzunu artırmağa cəhd edir. İranda “türk” yerinə israrla “azəri” ifadəsi işlədənlər seçki ərəfəsində birdən-birə “türk” deməyə başlayıblar. Səid Məhəmmədin də bu kimi əməllərdən istifadə etməsi heç də təəccüblü deyil. Vurğulayaq ki, Güney Azərbaycan illərdir Tehranla yolunu ayırıb. Hər iki mərkəzçi siyasi cinah Güney Azərbaycanı boykot etsələr də, türklər siyasi olaylarda öz mövqelərini qorumağa çalışırlar.

Görünür, Güney Azərbaycan millətinin çoxu seçkilərə qatılmayacaq və fəal bir şəkildə seçkiləri boykot edəcək. Qeyd edək ki, cümhurbaşqanlığı ilə yanaşı kənd ilə şəhər şuralarının da seçkiləri keçiriləcək. Aydın məsələdir ki, şəhər şuraları çox vaxt tayfabazlıq kimi münasibətlərdən təsirlənirlər. Habelə siyasətə gedən yolun və rantın qapısı hesab olunurlar. Buna görə də millətdə qatılmağa rəğbət daha da çox olur. Mühacirlərin yaşadığı yerlərdə milliyyətçilik duyğuları da seçkilərə ciddi təsir göstərir. Belə ki, Batı Azərbaycanda seçkilər zamanı kürdləşdirmə siyasəti yürütməyə çalışırlar. Milli fəallar seçkilərə qatılmaqla nə olursa olsun türk adayların seçilməsinin yararlı olduğunu düşünürlər. Buna görə də Batı Azərbaycanda istisna olaraq hakimiyyətin kürdləşdirmə siyasəti ilə mücadilə etmək üçün seçkilərdə iştirak fikri savunulur.

Related Articles

Bir cavab yazın

Back to top button