Araşdırma & Təhlilİran

Türk mübari̇zli̇yi̇ fars faşi̇zmi̇nə qarşı

İran İslam Cümhuriyyətinin ən iddialı şüarlarından biri xarici siyasətdə tam bağımsızlığıdır. Bildirək ki, İran hər zaman bu qonuda ən iddialı ölkələrdən biri hesab edilib. Ancaq deyilənlərlə həyata keçirilənlər arasında ciddi fərqlər, hətta ziddiyyətlər var.

Aydındır ki, İran hakimiyyəti İslam İnqilabından sonra bütünlüklə bir siyasi rejim kimi Batıdan Doğuya üz çevirdi. Ancaq bütün totalitar ölkələrdə olduğu kimi, içəridə millətə güc və iqtidarın nümayişi gerçəklərin danılmasını sübut edir. Soyuq savaş və ruslarla amerikalıların şiddətli çəkişməsində İran Amerikanın qarşısında durmağa çalışdı. Bu gün İrandakı durum gerçəkləşdirilmiş yanlış siyasət stratejisinin nəticəsidir. Özəlliklə bu gün ölkədə insan haqları və iqtisadi rifah qonularının durumu narahatlıq doğurur. Millətin böyük bir kəsimi isə hazırkı vəziyyətdən haqlı olaraq narazıdılar. İqtisadi durum çətinləşdikcə, millətin siyasi rejimə olan güvən və inamı da zəifləyir.

Qeyri-farsların rəsmi Tehrandan soyumaq üçün daha haqlı bir səbəbləri var. On illərdir sürən fars faşizminin bu gün “İslam Cümhuriyyəti” adı altında davam etdirilməsi Güney Azərbaycanın qeyri-fars millətini incidən əsas amillərdəndir. İranın Dış İşləri baxanı Məhəmməd Cavad Zərifin yaydığı 3 saatlıq müsahibəsində diqqət çəkdiyi məqamlar bütün mübahisəli məsələləri bir daha gündəmə gətirdi. Belə ki, baxan Rusiya hakimiyyətinin Tehran rejiminə qarşı səhv addımlar atdığını vurğulayıb. Ölkə məqamının bu fikirləri təəccüb doğurmasa da, onun bu sözləri dilə gətirməsi müzakirələrə səbəb olub. Belə ki, Rusiyanın “Sepah” qüvvəsi və ümumiyyətlə, İran hakimiyyəti üzərindəki gücü bir ölkənin başqa ölkədə nüfuz sahibi olmasını göstərən əsas məqamlardandır. Araşdırmalar göstərir ki, təkcə Rusiya deyil, habelə Çin də bu ölkədə nüfuz sahibinə çevrilib. Təsadüfi deyil ki, ölkənin maddi-mənəvi sərvətləri Tehran hakimiyyətinin işbilməzliyi və xəyanətkar siyasəti nətiycəsində bu ölkələr tərəfindən talan edilir. Yerli hakimiyyət içəridə milliyyətçi iddialarla bütün varlığını Moskuya və Pekənə təslim etmiş durumdadır. Ancaq Güney Azərbaycan uzun illərdir ki, bu durumla tanışdır. İstər Qacar dönəminin son illərində, istərsə də Pəhləvi rejimi dövründə Azərbaycan həm Arazın quzeyində, həm də güneyində hər zaman Rusiyə ilə qarşı-qarşıya gəlib. Rusiyə bir zaman erməni çətələri ilə Güney Qafqazda və Qarabağda, habelə 21 Azər Milli Hökuməti zamanında Azərbaycana qarşı çıxış edib.

Bütün bu illərdə Tehran hakimiyyəti ruslarla birləşərək azərbaycanlılara qarşı mübarizə aparmağa cəhd göstərib. Bu özünü həm Qarabağ savaşında, həm də 1325-ci ildə Azərbaycan Milli Hökumətinin süquta uğradılması üçün yapılan işlərdə göstərib. İran hakimiyyətinin məzhəbçi bölümü ilə fars milliyyətçiləri ruslarla stratejik işbirliklərini uzun illərdir ki, sürdürüb və sürdürürlər. İndi bu gün nə siyasi niyyətlə olursa-olsun Rusiyənin İran siyasətindəki roluna işarə olunması geçmişdəki qaranlıq günlərin önəmini bir daha işıqlandırır.

Azərbaycan Milli Hərəkatı bütün zəflər və yanlışlara baxmayaraq, öz layiqli görkəmini qorumaqdadır. Bu siyasi duruşun qorunmasının Azərbaycana zaman-zaman mənfi təsirləri olsa da, sözügedən hərəkat radikal rejimlərə qarşı sözünü deməyə müvəffəq olub. Önümüzdəki həssas zamanlarda da Azərbaycanın öz əzmkarlığını və mübarizliyini nümayiş etdirəcəyinə şübhə yoxdur!

Related Articles

Bir cavab yazın

Back to top button