Dünya

İbrahim Kalın Brüsseldə Qarabağ məsələsini müzakirə edib

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.

Səfər 10-11 dekabrda nəzərdə tutulan Avropa İttifaqının zirvə toplantısı öncəsi gerçəkləşib.

Kalın təmaslar çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Xarici Siyasət üzrə əsas sözçüsü Maryam Van den Hövel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin kabinet başçısı Byorn Zeybert və Xarici Əlaqələr Xidmətinin baş katibi Helqa Şmidlə ayrı-ayrılıqda görüşüb.

Görüş zamanı Türkiyə-Avropa İttifaqı əlaqələri, Aralıq dənizi, Livan, Suriya və Qarabağ kimi regional məsələlər müzakirə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button