İran

İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edəcək

İran prezidenti İbrahim Rəisinin Səudiyi Ərəbistana səfəri planlaşdırılıb.

Bu barədə ölkənin birinci vitse-prezidenti Məhəmməd Müxbir bildirib.

“İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Saudun krallığa səfər dəvətini müsbət qarşılayıb və onun səfər təklifi qəbul edilib”, – birinci vitse-prezident deyib.

Qeyd edək ki, Qərb ölkələri tərəfindən sıxışdırılan və beynəlxalq təzyiqlərin artmasını müşahidə edən İran hakimiyyəti Körfəz ölkələri ilə münasibətləri yumuşaltmağa çalışır.

İran tərəfinin Rəisinin səfərinin Ər-Riyadın dəvəti əsasında olduğunu iddia etməsinə baxmayaraq, Səudi Ərəbistan rəsmiləri bunu təsdiqləməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button