İran

İbrahim Rəisi yenidən etirazçıları iğtişaşçı adlandırdı

Sentyabrın 28-i gecə İran televizyasında canlı yayında çıxış edən İrean prezidenti etirazçılara qarşı ölçü götürülməsini istəyib.

Etirazla iğtişaş arasında fərq olduğunu deyən prezident son günlər baş verən kütləvi etiraz aksiyalarını iğtişaş adlandırıb və onlara qarşı tədbir görülməsini istəyib.

Məhsa Əmininin ölümü barədə qısa açıqlama verən Rəisi, “Tibbi Ekspertiza”nın rəyini gözlədiklərini və yaxın bir neçə gün ərzində adı çəkilən mərkəzin ölüm səbəbi barədə qəti rəy verəcəyini bildirib.

müxalif düşüncələri eşitməyə və dinc aksiyalara pis baxmadığını iddia edən İbrahim Rəisi, başçılıq etdiyi hökumətin rəsmi icazə ilə fəaliyyət göstərən partiya və təşkilatların aksiya keçirmələrinə icazə vermədiyi barədə heç nə deməyib.

Related Articles

Bir cavab yazın

Back to top button