İran

İbrahim Rəisinin iqtisadi çətinliklərlə mübarizə aparacağına söz verməsindən bir neçə saat sonra bir dolar 31 min tümənə qalxdı

İranda pulların qiyməti ilə bağlı bilgi yayan "Bonbəst" saytının verdiyi son xəbərinə görə, İranda bir Amerika dolarının satışı 31 min tümən, alışı isə 31 min 100 tümənə həyata keçirilib.

İran prezidentinin ölkədə hökm sürən iqtisadi problemlərlə mübarizə aparacağına söz verməsindən cəmi bir neçə saat sonra ölkədə doların qiyməti 31 min tümənə yüksəlib.

İranda pulların qiyməti ilə bağlı bilgi yayan “Bonbəst” saytının verdiyi son xəbərinə görə, İranda bir Amerika dolarının satışı 31 min tümən, alışı isə 31 min 100 tümənə həyata keçirilib.

Məlumata əsasən, yuronun alış qiyməti 34 min 945, satış qiyməti isə 35 min 95 tümən olub.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi azər ayının 14-də televizyonda çıxışı zamanı söz verib ki, İrandakı iqtisadi çətinliklərlə mübarizə aparacaq və dövlət təhrimlərin ləğv edilməsi yönündə çabalarını davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button