İran

İCTİMAİ FƏALLAR ÖLKƏDƏ SOSİAL ÇÖKÜŞ BARƏDƏ İXTAR VERİB

Çox sayda iranlı fərhəng və hünər fəalı ölkədə “böyük ictimai süqut” barədə ixtar verib
300-dən çox iranlı ictimai fəal, yönətmən, jurnalist, yazıçı, camiəşinas və şair birgə açıqlama yayaraq ölkədə azadlığın olmamasının mənfi nəticələri barədə danışıblar.
Onlar “milli əmniyətə qarşı fəaliyyət” ittihamını fəsadın sistem halına çevrilmə səbəbi kimi qiymətləndirərək, ölkədə “böyük sosial çöküş” ün qaçılmaz olduğunu qeyd ediblər.
“Nizamlara qarşı hər hansı intiqadın “milli əmniyətə qarşı addım” sayılması anlayışının heç bir elmi əsası yoxdur.Bu söz azadlığına ziddir və sansurdur. Belə halların olması milli əmniyətə xətər yaradır. Sabitsizliyi, güvənsizliyi yayır”,-deyə açıqlamada vurğulanır.
Onlar daha sonra artırıblar: “Bütün bu bacarıqsızlıq və sistemli fəsad “İran xalqının ümidsizliyinə” və nəticədə “böyük ictimai çöküşə” səbəb olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button