Dünya

TÜRKİYƏ KƏŞFİYYATI FRANSA LEHİNƏ CASUSLUQ EDƏNLƏRİ TUTUQLAYIB

Türkiyə hüquq-mühafizə orqanları Fransa üçün casusluq fəaliyyəti göstərməkdə şübhələnən 4 şəxsi yaxalayıb. Bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb. İstintaqın versiyasına görə, həbs olunan şəxslər Türkiyənin mühafizəkar təşkilatlar, dini qrup və icmalar, habelə Dini işlər idarəsindəki daxili mühitlə bağlı məlumat toplamaqla məşğulmuşlar. Həmin adamlar Milli Kəşfiyyat Təşkilatının ajansları adından, saxta vəsiqələrlə müxtəlif insanları dindiriblər. Bunu guya DAEŞ kimi terrorçu qruplarla bağlı məlumat yığmaq məqsədilə həyata keçirdiklərini deyiblər. Onlardan biri də Metin Özdemirdir. Metin Özdemir bir vaxtlar Əfqanıstanda qulluq etdiyi zaman Fransanın nizami kəşfiyyatı tərəfindən ələ alınıb. Türkiyəyə geri döndüyü vaxt o, həmin ölkənin İstanbuldakı baş konsulluğunda mühafizəçi kimi çalışıb. Burada o, Fransanın Xarici əmniyyət baş idarəsi ilə əlaqəyə keçib. Metin Özdemirə “Bruno” kod adlı fransız kəşfiyyatçı himayət edib və ona gələcəkdə dünyanın ən elitar nizami birliklərindən sayılan xaricdə xidməti vəzifə vəd olunub. Həbs edilən casusun etirafına görə, bu müddət ərzində o, 120 imamı dindirərək, əldə olunan məlumatları Fransa tərəfinə ötürüb. Metin Özdemir özü ilə bərabər şəhirdari məmurunu, otel işçisini və telefon ticarəti ilə məşğul olan başqa bir nəfəri casusluq işinə cəlb edib. Fransa tərəfdən “Bruno”dan başqa “Virciniya” və “Sebastyan” kod adlı kəşfiyyatçılar əməliyata rəhbərlik ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button