Dünya

İddia: Livan partlayışı önləməyə ciddi yanaşmayıb

Lübnanın Beyrut şəhərində baş vermiş partlayışla ilgili yeni fikirlər səsləndirilib. Nəşr olunmuş raportlara əsasən, partlamış amunium nitrat məhmuləsi bir rus gəmisinin yükü olub. Həmin gəminin Gürcüstandan Muzambikə getdiyi, ancaq yolüstü yükləmə işləri üçün Beyrut limanında dayandığı bildirilir.
Rus gəmisi işçilərinin vəkilləri bildiriblər ki, Lübnan partlayışı önləməyə ciddi yanaşmayıb. Yeni sənədlərə görə, Lübnan dövləti və məhkəməsi lazımi əmniyyət tədbirlərini görməyib.
CNN-in raportunda qeyd edilir ki, Barudi və Otaqlar Hüquqi Şirkəti bir bayanatla “gəminin yükü olan maddələrin xətərləri barədə sayıq olmağa” çağırış edib. Bununla ilgili 2014-cü ilin culayında Lübnanın Beyrut limanı məsullarına və Lübnanın Yer və Dənizlə Daşıma Vizarətinə məlumat verilib. Məsələnin Dadqüstəri Vizarətinə və dəniz qüvvələri vəzifəlilərinə bildirildiyi açıqlanıb. Buna rəğmən, gəminin məhmuləsi bu illər ərzində Beyrut limanında qalıb.
Lübnanın Yer və Dənizlə Daşıma və Dadqüstəri Vizarətləri isə bu barədə fikir bildirməyib. Limanın gömrük vəzifəliləri həmin müddətdə partlamış maddələrin xətəri barədə dəfələrlə məhkəmə qazisinə məlumat veriblər. Qazi isə gəmi və yük məsələsinin onun məhkəməsinin səlahiyyətində olmadığını deyib.
Lübnan Məclisinin nümayəndələrindən biri, eləcə də Ordondakı səfiri istefa ediblər. Belə ki, Lübnan dövləti Beyrut limanının məsul şəxslərindən 16 nəfərini tutuqlayıb. Nəticədə Beyrut sakinləri dövlətə etiraz olaraq ölkənin parlomanı qarşısında toplaşıblar. Onlar şüarlar səsləndirib, polislərə daş və əşya tullayıblar. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib.
Fransa prezidenti Emanuel Makron partlayışa münasibət bildirib. “Fransa pul, dava, ağrıkəsici və sair zəruri ehtiyacları Beyrut sakinlərinə toplamaq üçün Avropa, Orta Şərq ölkələri və Amerika ilə toplantı keçirəcək”, – deyə Fransa prezidenti açıqlayıb. Habelə o, lübnanlı siyasətçilərdən, bu ölkədə yeni bir siyasi nəzm qurmalarını istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button