İran

İDDİA: SİPAHIN “GİZLİ VAHİDİ” VAR

“Reuters” keçmiş İran məqamınının sənədlərinə əsasən bildirib ki, Şimali Xorasan ustanının Cacərm bölgəsinin ətrafındakı səhranın bir guşəsində Sipahın kontrolu altında “gizli” vahid yerləşir. Bu vahidin hədəfi raketlər üçün bərk yanacaq toolid etmək üçün alüminium tozu hazırlamaqdır.
Məlumatda deyilir ki, bu “gizli” vahid “boksit” mədəninin yaxınlığında bir alüminium karxanəsinin yanında yerləşir. İran məqamları həmin vahidi ölkənin əsas filiz toolidi mərkəzlərindən biri adlandırıblar.
2013-2018-ci illərdə İranın Prezident dəftərinin icra bölməsinin Ümumi rəvabit və parlıman rəvabiti üzrə keçmiş müdiri Əmir Müqəddəm “Reuters”ə açıqlamasında deyib ki, işlədiyi müddətdə bu xüsusi və “gizli” vahiə iki dəfə baş çəkib. Sonuncu dəfə 2018-ci ildə raket yanacağı toolid etmək üçün alüminium toz toolidi hələ də davam edirdi.
Elə həmin il o ölkəni tərk edib və indi Fransada yaşayır. Əmir Müqəddəm, İranın raket üçün alüminium toz toolidinə 5 il öncə başladığını bildirib.
Sipaha yaxın mətbuat öncələr İranın raket üçün bərk yanacaq toolidi sahəsindəki fəaliyyətləri barədə bilgi vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button