Dünyaİran

İkili vətəndaşlığı olan məhbusların ailələrindən G7 liderlərinə İrana basqı çağırışı

İranda həbsdə olan ikili vətəndaşların ailələri ötən gün İngilisdə zirvə toplantısına qatılan “G7”nin dövlət başçılarını İran hökumətinə bu məhbusları azad etməsi üçün basqı uyqulamağa çağırıblar.
Amerika, Kanada, Fransa, Alman, İngiltərə, İtaliya və Japonun üzv olduğu G7 qrupunun başçıları koronavirusun yayıldığı vaxtdan bəri ilk dəfə İngilistanın cənub-qərbindəki Kornval şəhərində bir araya gələrək uluslararası təhdidlərə qarşı mübarizə, Rusiya və Çinlə ilişkilər, eləcə də İranla atom anlaşmasının canlandırılması kimi məsələləri müzakirə etməsi planlaşdırılır.
İran-Alman vətəndaşı Nahid Təqəvi və İran-İngilistan vətəndaşı Mehran Rəufun ailələri G7 liderlərinin zirvə toplantısının gündəliyinə toxunaraq, bu məhbuslar azad edilməyəcəyi halda, İranla atom anlaşmasına qayıtmaqdan çəkinməyə səsləyiblər.
Bildirək ki, bir neçə il öncə atom anlaşması imzalanarkən İranda həbsdə olan bəzi ikili vətəndaşların azad edildiyini nəzərə alaraq, son həftələrdə bu məhbus ailələr qrupunun qərbli müzakirəçilərin diqqətini cəlb etmək üçün səyləri artıb.

Related Articles

Bir cavab yazın

Back to top button