İran

İlamda etiraz aksiyaları keçirilib

İranın İlam əyalətinin Abdanan şəhərində iki gecə ardıcıl olaraq etiraz aksiyaları keçirilib.

Bu barədə məlumat yayan sosial media fəalları və insan haqları təşkilatları aksiyalar zamanı hökumət qüvvələrinin açdığı atəş nəticəsində 30 nəfərin yaralandığını bildiriblər.

Məlumata görə, aksiyaçılar 21 yaşlı gənc tələbə Bamşad Süleymanxaninin həbsdən buraxıldıqdan sonra həyatını itirməsinə etiraz ediblər.

Aksiyaçıların dediyinə görə, etiraz aksiyalarına qoşulduğu üçün həbs edilən tələbə təhlükəsizlik təcridxanasında işgəncə edilib və həbsxanada zəhərləndiyi üçün həbsdən buraxıldıqdan sonra həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button