Həbsdən buraxılanlar və hüquq müdafiəçiləri bunu Əli Xameneyinin riyakarlığı və törətdiyi cinayətləri ört-basdır etmək cəhdi kimi dəyərləndirirlər.
Onlar bildirirlər ki, həbsxanalardan buraxılanların əksəriyyəti saxta ittihamlarla həbs edilən və heç bir günahı olmayan insanlardırlar.
“Heç bir günahı olmayan və uzağı dinc aksiyada iştirak etdikləri üçün həbs edilən vətəndaşların əfv edilməsi riyakarlıqdır. Əli xameneyi bu vasitə ilə özünün cinaytlərini pərdələməyə, məhv olmuş imicini bərpa etməyə çalışır”.
Qeyd edək ki, əfv edilənlər arasında bir neçə güneyli milli-mədəni fəalın da adı var.
Onlar dinc mədəni fəaliyyətlərinə, xüsusilə ana dili sahəsindəki məarifləndirmə işlərinə, Azərbaycan dilində kitab nəşr etdirdiklərinə görə saxta ittihamlarla həbs ediliblər.