Azərbaycanİran

İlham Əliyevin açıqlamaları İranı sarsıdıb

İlham Əliyevin bu tərzdə açıqlamaları təəccüb doğurur

İran Xarici İşlər vəzirliyinin sözçüsü Xətibzadə deyib ki, Azərbaycan prezidentinin Tehranın Qarabağ məsələsinə yanaşmasını tənqid etməsi təəccüblüdür.

O, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycanın müstəqilliynə hörmətsizlik edilməsi” və rəsmi Tehranın iki ölkə sınırları yaxınlığında nizami təlim keçirməsi ilə bağlı səsləndirdiyi tənqidlərə münasibət bildirib.

Onun sözlərinə görə, bu və başqa məsələlərlə bağlı, Nyu-Yorkda BMT Baş məcməinin son toplantısı çərçivəsində iki ölkənin xarici işlər vəzirinin görüşündə ciddi və dəqiq məsləhətləşmələr aparılıb və bu danışıqların uyğun bir platformada davam etdirilməsi razılaşdırılıb.

Xatyırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” Xəbər Ajansına verdiyi müsahibədə Azərbaycan ərazisinə keçən İran yük maşınlarını yoxladıqdan sonra İranın Araz çayı yaxınlığında nizami təlim və manovr keçməsindən “təəccübləndiyini” bildirərək deyib: Bu çox təəccüblü bir hadisədir, çünki belə bir addım Azərbaycanın 30 illik müstəqilliyi dövründə baş verməyib. Təbii ki, hər bir ölkə öz ərazisində istədiyi nizami təlimi keçirə bilər. Bu onun müstəqil hüququdur. Ancaq sual budur ki, niyə indi və niyə sınırımızda? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Dünya azərbaycanlıları soruşur.

Related Articles

Bir cavab yazın

Back to top button