İran

İlham Əliyev İranlı həmkarını təbrik edib

Culayın 31-də Azərbaycan cumhuriyyətinin Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həsən Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Öz növbəsində Azərbaycan Prezidentinə və xalqına bayram münasibətilə ən xoş arzularını çatdırıb. İlham Əliyev və Həsən Ruhani ölkələr arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurla genişlənməsini bildiriblər.
Söhbət zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlərə yüksək qiymət verib.
Prezidentlər pandemi ilə bağlı vəziyyəti də müzakirə edərək bu yöndə çalışmaların birləşdirilməsinin önəmini vurğulayıblar. Bununla bağlı hər iki ölkənin yüksək vəzifəli məqamları arasında videokonfransların təşkil olunmasını qərara alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button