Azərbaycan

İLHAM ƏLİYEV TOSİƏ BANKINI DƏMİR YOLLARINA SƏRMAYƏ YATIRMAĞA ÇAĞIRDI

Azərbaycan prezidenti Asiya Tosiə Bankını ölkənin dəmir yollarına sərmayə yatırmağa çağırıb
Azərbaycan prezidenti İlham Əliyev Asiya Tosiə Bankını Şimal-Cənub nəqliyyat koridoru yolu boyunca ölkənin dəmir yollarının yenidən qurulmasına sərmayə qoymağa çağırıb.
O, bazar ertəsi “Asiya Tosiə Bankının prezidenti Masatsogu Asakava” və bankın başqa məqamlarının da qatılması ilə videokonfrans vasitəsilə keçirilən görüşdə deyib:
“Azərbaycan ölkənin və bölgənin altyapısının genişləndirilməsi və istifadəsi sahəsində Asiya Tosiə Bankı ilə həmkarlığa hazırdır”.
Prezident Əliyevin sözlərinə görə, Azərbaycan Şimal-Cənub beynəlmiləl nəqliyə koridorunun tamamlanması çərçivəsində böyük sərmayələr yatırıb və bu koridor böyük potənsiələ malikdir.
Azərbaycan prezidenti habelə, hal-hazırda Rusiya, İran və Gürcüstan da daxil olmaqla bir neçə yoldan sadirat yüklərinin Azərbaycan ərazisindən nəql olunduğunu bildirərək deyib: “Amma, İran mərzindən Rusiya mərzinə qədər olan Azərbaycanın dəmir yolu altyapısının keyfiyyəti yaxşı deyil. Buna görə də, qatarların hərəkətini sürətləndirmək üçün bir sıra tədbirlər görülüb, həm də sərmayələr yatırılıb və bu sahədə işləri davam etdirməyi nəzərdə tutmuşuq”.
“Hal- hazırda Azərbaycanın Rusiya ilə mərzində yüklərin yığılıb qaldığının şahidi oluruq, çünki Azərbaycandan və İrandan sadirat yüklərinin həcminin artması onların yük maşını ilə daşınmasını qeyri-mümkün edib. Buna görə də, Şimal-Cənub beynəlmiləl nəqliyyat koridorunun bir qisməti kimi müasir bir dəmir yolu şəbəkəsinə ehtiyacımız var”-deyə İlham Əliyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button