Bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın ABŞ-a girməsinə icazə vermək ağılsızlıqdır”, – deyə Mask qeyd edib.
Mask qeyd edib ki, son üç il ərzində ABŞ-a daxil olan qeyri-qanuni miqrantların sayı (7,2 milyon – Qeyd) Amerikanın 36 ştatının əhalisini üstələyir.