İran

İmam Zaman helikopter qəzası yerində olub- İran rəsmisi

Mayın 19-da İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması vaxtı İmam Zaman orada olub.

Bu sözləri Nişapur şəhərinin fərmandarı (başçısı) Mehdi Dəvəndə deyib.

“Nişapurda İmam Zamanla əlaqədə olan şəxs prezident və onun yoldaşlarını daşıyan helikopterin qəzaya uğradığı gecə imamı üçbucaq şəklində görüb. Üçbucağın bir tərəfi imamın dayandığı yer, bir tərəfi helikopterin qəzaya uğradığı yer, digər tərəfi isə səkkizinci imamın ziyarətgahı olub”, – Dəvəndə bildirib.

O, adını açıqlamadığı həmin şəxsə istinadla İmam Zamanın həyəcanlı və iztirablı vəziyyətdə helikopter qəzası baş verən yerdə dolandığını, ancaq onları xilas etməyi məsləhət bilmədiyini söyləyib.

Mehdi Dəvəndə əlavə edib ki, “Rəisinin şəhid olması həm özünün, həm də ölkənin xeyrinə olduğu üçün İmam Zaman onu xilas etməyib”.

Related Articles

Bir cavab yazın

Back to top button