Dünya

İmarat iranlılarla birlikdə 38 nəfəri terrorizmi dəstəklədiyinə görə təhrim edib

İmarat, bir neçə iranlı ilə birlikdə 38 nəfər və 15 şirkəti terrorçuluğu dəstəkləyənlər listəsinə salıb.

Bu haqda İmaratın vəzirlər Kabinəsinin toplantısında qərar verilib.

Təhrim olunan şəxslər İran, Suriya, Lubnan, İmarat, İraq, Hindistan, Yəmən, Əfqanıstan və Niceriya vətəndaşlarıdır.

Terorizmi dəstəkləyənlər listəsinə salınan İran vətəndaşlarının adı Mehdi Əzizullah Kiyasəti, Fərşad Cəfər Hakimzadə, Seyid Rza Seyid Məhəmməd Qasımi, Möhsün Həsən Kargər Höccət və İbrahim Məhəmməd Əhməd Məhəmməddir.

Təhrim edilən şirkətlər əsasən ticarət, sərrafi və dənizçilik alanlarında fəaliyyət göstərirlər.

Related Articles

Bir cavab yazın

Back to top button