İran

Beynəlxlq Əfv Təşkilatı: İran məktəblərində şagirdlərin zəhərlənməsi araşdırılsın

Beynəlxalq Əfv Təşkilatı İran məktəblərinə kimyəvi hücumlarla bağlı təcili tədbir görülməsini tələb edərək, bu sahədə müstəqil beynəlxalq təhqiqatın aparılmasına çağırıb.

Bu barədə beynəlxalq təşkilatın yaydığı bəyanatda bildirilib.

Təşkilat həmçinin xəbərdarlıq edib ki, zəhərlənmələr fonunda İranda milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və başqa həyati hüquqları təhlükə altındadır.

Bəyanatda Tehran hakimiyyətinin zəhərlənmə hallarının araşdırılması istiqamətindəki səyləri yetərsiz hesab edilib və hakimiyyət məsələnin mahiyyətini təhrif etməkdə ittiham ediilib.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Related Articles

Bir cavab yazın

Back to top button