İran

İnqilab Keşikçiləri komandirinin etirazların ildönümü ilə bağlı narahatlığı; “Fitnə” yaratmaq istəyirlər

İnqilab Keşikçilərinin baş komandanı, Hüseyn Səlami Məhsa Əmininin öldürülməsindən sonra keçirilən ümumi etirazları İslam Respublikası sisteminə qarşı “ən təhlükəli” mübarizə adlandırıb və Məhsanın ildönümündə etirazların yenidən alovlanmasına qarşı xəbərdarlıq edib.

Hüseyn Səlami çərşənbə axşamı avqustun 1-də ölkə üzrə Bəsic rəsmilərinin konfransında deyib: Keçən ilki iğtişaşlar İranın İslam sisteminə qarşı ən güclü, ən təhlükəli, ən ciddi, ən qeyri-bərabər və ən geniş qlobal mübarizə idi”.

İnqilab Keşikçilərinin Komandanı “düşmənin bu ağır döyüşdə məğlub olduğunu” iddia edib və əlavə edib: “Bəsic və İnqilab Keşikçiləri bu ilin böyük fitnəsində nəzakət, sabit addımlar, yüksək özünəinam və böyük ümidlərlə meydana çıxdı və xalqla birlikdə düşmənin planlarını darmadağın etdi”.

İranın ümumi etirazlarının uğursuzluğa düçar olması iddiasını İranın Sistan və Bəluçistan kimi bəzi əyalətlərində küçə nümayişləri hələ də davam edərkən, İranın başqa əyalətlərində də vətəndaşlar etirazları bərpa etməyə hazırlaşarkən və gecələr şüar yazaraq, şüarlar səsləndirdikləri bir vaxt İnqilab Keşikçiləri komandanı tərəfindən səsləndirilib.

Hüseyn Səlami bütün ölkədə Bəsic rəsmilərinə etirazların yenidən başlamasının mümkünlüyünü bildirib və deyib ki, Düşmən 2022-ci ilin payız hadisələrinin ildönümündə yenidən fitnə yaratmağı planlaşdırır və bunun həlli yolu “qarşısının alınmasıdır”.

Ötən həftələrdə İran hökumətinin məcburi hicab bəhanəsi ilə vətəndaşlar ilə əlaqələri gücləndirib və bu qarşıdurmalar İnqilab Keşikçiləri komandirinin nəzərdə tutduğu “qarşısının alınması”nın bir hissəsidir.

Xameneinin universitetlərdəki nümayəndəlik orqanının rəhbəri bir müddət öncı ümumi etirazların ildönümü ilə bağlı xəbərdarlıq etmişdi və “qadın, həyat, azadlıq” aksiyalarının ildönümündə etirazçılar nəsə edə bilməsələr, “tamamilə uğursuzluğa düçar olacaqlarını” təxmin etmişdi.

O, ayrıca xəbərdarlıq edib ki, xalq etirazlarının bərpası universitetlərdən gələ bilər.
#ümumi_etirazlar #inqilab_keşikçiləri

Related Articles

Bir cavab yazın

Back to top button