Bəluc xanım mükafatı bu gün, mart ayının 3-də ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken və Amerikanın birinci xanımı Cill Baydenin iştirakı ilə Ağ Evdə alacaq.
ABŞ Dövlət Departamenti yaydığı bəyanatda London şəhərində yaşayan aktivist barədə yazıb:
“Fəriba Bəluc insan haqları üzrə fəaliyyətlərinə görə İran hakimiyəti tərəfindən qorxudulub, öldürüləcəyi ilə hədələnib, oğlu və qardaşı İranda saxlanılıblar. Lakin o sarsılmayıb. Hələ də iranlı qadınların hüquqlarını müdafiə etməyə, İran tərəfindən cinsiyyət, etnik və firqə ayrı-seçkliyi siyasətlərinə qarşı diqqətləri çəkməyə davam edir”.