İran

​​İnternetə qoyulan filtrlər insanları bezdirir

İslam Şurasındakı Bostanabad şəhərinin nümayəndəsi Nuri Qəzəlçi:

“Dövlət tərəfindən filtrlər vasitəsilə insanların xarici sosial şəbəkələrə çıxışının qarşısının alınması onların əsəblərinə toxunur. Çünki bu, insanların cibinə ziyan vurur, həm də vaxt və enerji baxımından həqiqətən bezdirici hala çevrilib.

Əgər insanlar bir yolla (filtr qıran proqramlar,VPN və s.) xarici sosial şəbəkələrə daxil ola bilirlərsə və bu sahədə təhlükəsizlik çox aşağı səviyyədədirsə, mən, ümumiyyətlə, filtrləmənin nə üçün təbliğ olunduğunu başa düşmürəm”.

Bundan əvvəl İran rejiminin Kiberməkanın Ali Şurasının üzvü Lütfullah Siahkoli internetin qiymətini tənqid edib:

“Əgər Cənubi Koreyada internet ayda 22 dollara başa gəlirsə, bu, insanların maaşlarının heç 1%-ni belə təşkil etmir. Amma İranda insanlar maaşlarının 10%-ni internetə, 10%-ni isə VPN almağa xərcləyirlər”.

Related Articles

Bir cavab yazın

Back to top button