
Əlirza Pakfitrət bir sıra məsulların ailələrinin hicabı qorumamasını əhali üçün pis nümunə olduğunu deyib.
Ə. Pakfitrət İranda ağır iqtisadi şəraitin hökm sürdüyünə görə, bir sıra qonşu ölkələrdən turist kişilərin iranlı qadınlarla əylənmək üçün bu ölkəyə səfər etdiklərini bildirib.
Onun sözlərinə görə, ölkə əhalisinin ağır vəziyyətdə yaşaması və kəskin yoxsulluq səbəbindən əxlaqsızlıqla məşğul olan qadınların sayı artıb.
Qeyd edək ki, xüsusilə Məşhəd və Qum şəhərlərində hökumətin rəsmi icazəsi əsasında xarici türistləri əyləndirmək üçün müxtəlif mərkəzlər fəaliyyət göstərir və bu mərkəzlərə on minlərlə qadın cəlb olunub.