Dünyaİran

Avropa Parlamenti SEPAH-ı terrorçu təşkilatlar siyahısına saldı

Yanvarın 19-da Avropa Parlamenti İranda etirazların yatırılmasını pisləyən və İran İnqilab Keşikçiləri Korpusunun terrorçu qruplaşmalar siyahısına salınmasını nəzərdə tutan qətnaməni 313 müsbət səslə təsdiqləyib.

Avropa Parlamentinin nümayəndələri həmçinin Avropa ölkələrindən İranın lideri, prezidenti və baş prokuroru və onların ailə üzvlərini də sanksiyalar siyahısına daxil etməyi tələb ediblər.

“Avropa Birliyinin İrandakı nümayişlərə və edamlara cavabı” adlı qətnamədə Avropa Parlamenti Avropa Şurasından SEPAH və onun köməkçi qüvvələri, o cümlədən Bəsic və Qüds qüvvələrini terrorçular siyahısına daxil etməyi istəyir.

Qeyd edək ki, Avropa Parlamentinin təsdiqləri üzvlərin konsensusundan sonra veriləcək yekun qərar üçün Avropa Şurasına göndəriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button