İran

İran Əczaçılar Birliyi: Heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışıq

Əczaçılar Birliyinin rəis müavini İranda 100-dən çox dərman vasitəsinin qıtlığına işarə edərək koronavirus dərmanlarının çatışmazlığının ölkədə yenidən baş qaldırması ilə bağlı xəbərdarlıq edib

Əczaçılar Birliyinin rəis müavini İranda 100-dən çox dərman vasitəsinin qıtlığına işarə edərək koronavirus dərmanlarının çatışmazlığının ölkədə yenidən baş qaldırması ilə bağlı xəbərdarlıq edib.

“Aznews tv”ın xəbərinə görə, Əli Fatemi bu barədə “İLNA” ajansına açıqlamasında deyib: “Hazırda bəzi vilayətlərdə bəzi antibiotik siroplar və adi dərmanlar azdır və B-kompleks ampulalar, asetaminofen ampulaları, serumlar və hətta natrium xlorid burun damcıları kimi ümumi dərmanları apteklərdə tapmaq çətindir”.

O, vəziyyətin olduqca böhranlı olduğunu bəyan edərək heç vaxt oxşar bir vəziyyətlə rastlaşmadıqlarını bildirib.

“Təəssüf ki, ölkədə dərman qıtlığı ilə bağlı statistik rəqəmlər təhrif olunur”, – deyə o qeyd edib.

Sonda o, ölkədə koronavirus üçün lazım olan dərmanların çatışmaması ilə bağlı da xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button