İran

İRAN MƏQAMLARI “KONARƏK GƏMİSİ” HADİSƏSİ İLƏ BAĞLI SƏSSİZ QALIRLAR

Ən azı 19 nəfərin ölümü ilə nəticələnən Cask bəndərinin sularında “Konarək” navçası ilə bağlı baş verən “bəlli olmayan hadisədən” 24 saata yaxın vaxt keçməsinə baxmayaraq, İranın nizami məqamları hadisənin səbəbləri barədə hələ də səssiz qalmağa üstünlük verirlər. Nədənsə bu barədə yalnız qısa açıqlamalar verilir.

Eyni zamanda, İranın çox sayda yüksək məqamı başsağlığı verib və ya qəmli məzmunda ürəksözlərini yazıblar.

Ordibeheştin 22-i, Sütgünü səhər ictimai şəbəkədə “Konarək navçası özümüzünkülər tərəfindən muşəklə vuruldu” və “Cəmaran nizami gəmisi Konarək navçasını hədəf aldı” başlıqlı xəbərlər yayıldıqdan sonra, İran ordusunun Dəniz Qüvvələri yalnız “Cask bəndərinin sularında yüngül nizami qayıqla bağlı ən azı bir nəfərin ölməsi ilə nəticələnən hadisə baş verməsini” təyid edib.

Bir neçə saatdan sonra beynəlmiləl xəbər ajanslarında və ictimai şəbəkədə çoxsaylı məlumatlar və görüntülər yayıldığı halda, İran Dəniz Qüvvələri yaydığı qısa açıqlamada bildirib ki, Konarək navçası Cask və Çaabahar sularında “manovr” zamanı “hadisə”yə məruz qalıb, nəticədə 19 nəfər ölüb, daha 15 nəfər yaralanıblar. Bir neçə nizaminin cəsədləri də tapılmayıb,Hadisədə tələfatın sayı 40 nəfər hüdudunda olub.

Dəniz Qüvvələri açıqlamada “hadisənin mahiyyəti”nə işarə etməyib və yalnız “hadisənin cüziyyatının araşdırıldığını” bildirməklə kifayətlənib.

Related Articles

Bir cavab yazın

Back to top button