Azərbaycanİran

Milli fəal casusluq ittihamı ilə şərlənir

20 sentyabrda saxlanılan Əmirmöhsün Bənnayi Kazım oktyabrın 25-də girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Təbrizdə yaşayan milli fəal oktyabrın 205-də 4 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Adı çəkilən fəalın Güney Azərbaycan Televiziyası ilə heç bir əlaqəsinin olmadığı halda ona qarşı “GünazTV ilə əlaqə və casusluq” kimi saxta ittiham irəli sürülüb.

Güney Azərbaycan Televizyası isə Əmirmöhsün Bənnayi Kazım ilə hər hansı əlaqəsinin olması barədə iddiaların yalan olduğunu bildirir.

Qeyd edək ki, sentyabrın 20-i yerli vaxtla səhər saat 7-də heç bir məhkəmə qərarı olmadan təhlükəsizlik məmurları adı çəkilən fəalın evinə basqın edərək onu qandallayıb və öxləri ilə aparmışdılar.

Əmirhüseyn Bənnayi Kazim bundan öncədə dəfələrlə dinc fəaliyyətlərinə görə, təzyiqlərə məruz qalıb və həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button