İran

İran 39 ölkə ilə nəqliyyat əlaqəsini kəsib

Koronavirus yayılması ilə bağlı İran hökuməti vətəndaşların 39 ölkəyə səfər etmələrini qadağan edib. Bu barədə İranın şəhərsalma və yollar baxanı Məhəmməd İslami açıqlama verib. Onun sözlərinə görə, Türkiyə və İraqa bütün səfərlər qadağan edilib. Quru mərzlə yanaşı, Tehran-İstanbul, Tehran-Bağdad, Tehran-Ləndən uçuşları da dayandırılıb. Məlumata görə, sınır-keçid məntəqələrində özəl həkim qrupları fəaliyyətə başlayacaq. Həmin qruplar ölkəyə gələnləri yoxlanışdan keçirəcəklər.
Məhdudiyyətlərlə ilgili ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə də ciddi uyarı verilib. Bununla da uçaq biletlərinin satışı qadağan edilib.
Bildirək ki, İranda koronavirus mərizliyinin dördünca dalğası başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button