DünyaİranSiyasət

İran ABŞ-la danışıqların başlanması üçün şərtləri açıqladı

İranın prezidenti Həsən Ruhani ABŞ-la münasibətlərin normallaşmasına aparacaq danışıqların başlanması üçün vacib olan şərtləri açıqladı.

Aznews.tv xəbər verir ki, Ruhaninin sözlərinə görə, bunun üçün ABŞ İrana qarşı tətbiq edilən bütün qanunsuz və ədalətsiz sanskiyaları qaldırmalıdır.

“Siz bu sanksiyalardan imtina etməlisiniz. Bu İranla ABŞ arasında münaqişənin həlli istiqamətində ilk addım olacaq”, – deyə o, əlavə edib.

“Bu baş versə gələcək müsbət inkişafdan danışmaq olar. Əks təqdirdə Trampla görüş adi fotosessiyadan fərqlənməyəcək”, – deyə Həsən Ruhani vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button